Hüsnü Mübarək yeni baş nazir təyin edib
29 Yanvar 2011 Şənbə 21:50
Misir prezidenti Hüsnü Mübarək yeni hökumətin formalaşdırılmasını Əhməd Şəfəqə həvalə edib.
Misir prezidenti Hüsnü Mübarək keçmiş mülki aviasiya naziri Əhməd Şəfəqi ölkənin baş naziri təyin edib. Prezident yeni hökumətin formalaşdırılmasını Şəfəqə həvalə edib. Bu barədə Misirin dövlət televiziyası məlumat yayıb.

Xatırladaq ki, artıq beş gündür Misirdə hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları prezidentin istefasını tələb edirlər. Polislə baş verən qarşıdurmalar zamanı 100-dən çox aksiya iştirakçısı həlak olub, 2 mindən çox adam yaralanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar