Hüsnü Mübarək xalqdan üsr istədi
17 May 2011 Çərşənbə Axşamı 11:07
O, əfv olunmasını xahiş edib
Bu gün Misirin kütləvi informasiya vasitələrində sabiq prezident Hüsnü Mübarəkin adından üzrxahlıq məktubu yayılacaq. ANS PRESS-in “Əl-Shorouk” qəzetinə istinadən verdiyi xəbərə görə, məktubda keçmiş diktator bütün ölkə vətəndaşları qarşısında üzr istəyir və əfv olunmağını xahiş edir.
Misir hökumətində olan mənbənin məlumatına görə, məktubda “Mübarək ailəsi və öz adından insanlara qarşı törədilən cinayətlərə görə üzr istəyib”. Devrilmiş prezident burada həmçinin bütün aktivlərini dövlətə verəcəyinə vəd verir və bu şəkildə bəraət alacağına ümid edir.
Qeyd edək ki, dünən Mübarəkin həyat yoldaşı Süzanna artıq öz əmlakının dövlətə köçürülməsi barədə sənədə imza atıb. Burada söhbət Qahirə ətrafındakı villa və 3,4 milyon dollardan gedir.
DOSTLARINLA PAYLAŞ: