Hüsnü Mübarək varislərini ölkədən çıxarıb
29 Yanvar 2011 Şənbə 23:20
Misir prezidenti Hüsnü Mübarək oğlanlarını Londona göndərib.
Ölkədəki etiraz aksiyalarından təşvişə düşən Misir prezidenti Hüsnü Mübarək varislərini xaricə yola çalıb. “Əl-Cəzirə” telekanlının yaydığı məlumata görə, Hüsnü Mübarək oğlanlarını Londona göndərib. Lakin Misirin dövlət televiziyası təkidlə məlumatı təkzib edib.

Qeyd edək ki, Misirdə hakimiyyət əleyhinə irimiqyaslı etiraz aksiyaları başlayıb. Misirin paytaxtı qahirə şəhərindən başlanan aksiyalar qısa müddətdə ölkənin digər şəhərlərində davam etdirilib. Aksiya iştirakçıları Misir prezidenti Hüsnü Mübarəkin istefasını tələb edirlər. Hakimiyyət aksiyanı dağıtmaq üçün ölkə üzrə fövqəladə vəziyyət eldan edib, şəhərlərə iri hərbi texnikalar yeridib. Baş verən qarşıdurmalar zamanı 100-dən çox adamın öldüyü bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar