Hüsnü Mübarək rüşvətxorluqda ittiham olunur
03 Mart 2011 Cümə Axşamı 20:11
Məhkəmə Hüsnü Mübarək ailəsinin bank hesabları ilə bağlı araşdırmalara başlayıb.
Barəsində ölkəni tərk etməmək məhkəmə qərarı çıxarılan Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə rüşvətxorluqla bağlı ittiham da irəli sürülüb. CNNTürkün yaydığı məlumata görə, Mübarək gələn həftə ifadə verəcək. Bu barədə mətbuata Mübarək haqqında iddia irəli sürən misirli keçmiş millət vəkili açıqlama verib. Mustafa Bəkrinin sözlərinə görə, məhkəmə Mübarək ailəsinin bank hesabları ilə bağlı araşdırmaya başlayıb. Onun sözlərinə görə, Mübarək ailəsinin gizli hesablarında 147 milyon dollar var.

Hüsnü Mübarək və ailəsi bu ittihamları rədd edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar