Hüsnü Mübarək misir xalqına müraciət etdi
11 Aprel 2011 Bazar Ertəsi 01:12
Hüsnü Mübarək özü və ailəsi haqqında korrupsiya ittihamlarını “əsassız” adlandırıb.
Keçmiş Misir prezidenti ölkə əhalisinə müraciət edib. Onun müraciəti “Əl Ərəbiyyə” peyk telekanalı ilə yayımlanıb. Eks-prezident özü və ailəsi haqqında irəli sürülən bütün korrupsiya ittihamlarını rədd edib. “Mən özümün və ailəmin üzləşdiklərimizdən - nüfuzumu, təmiz adımı, hərbçi və siyasətçi həyatımı ləkələyən ədalətsiz yalan və ittihamlardan kədər və təəssüf hiss keçirməkdə davam edirəm”, - deyə Hüsnü Mübarək bildirib.
Hüsnü Mübarək bəyan edib ki, dövlətin və xalqın maraqlarını hər şeydən üstün tutaraq, prezident vəzifəsindən imtina edib, siyasi həyatdan kənarda qalmaq qərarına gəlib. O bildirib ki, özünə qarşı yalan kampaniyasının aparıldığı bir vaxtda susa bilməz. Keçmiş Misir prezidenti özü və ailəsi haqqında korrupsiya ittihamlarını “əsassız” adlandırıb. O, var-dövləti ilə bağlı şayiələrə də münasibət bildirib və deyib ki, xaricdə heç bir bank hesabı yoxdur, heç vaxt hakimiyyətdən sui-istifadə etməyib. “Mən özümün və ailəmin nüfuzunun müdafiəsi üçün bütün qanuni hüquqlarımdan istifadə edəcəm”, - deyə eks-prezident bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: