Hüsnü Mübarək komaya düşüb
18 İyul 2011 Bazar Ertəsi 00:46
Şarm əl Şeyxdə xəstəxanada yatan Mübarəkin səhhəti qəfildən pisləşib. Hüsnü Mübarək komaya düşüb.
Misirin sabiq prezidenti, kütləvi xalq etirazları ilə hakimiyyətdən düşürülən Hüsnü Mübarək komaya düşüb. ANS PRESS “Cihan”a istinadən xəvər verir ki, bu barədə məlumatı Mübarəkin vəkili Fərid əl Deeb verib. Deeb Hüsnü Mübarəkin Şarm əl Şeyx şəhərindəki xəstəxanada komaya düşdüyünü deyib: “Mənə xəbər gəldi ki, Hüsnü Mübarəkin səhhəti qəfildən pisləşib. İndi Şarm əl Şeyxə gedirəm. Hal-hazırda bildiyim bir şey var ki, Mübarək komadadır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: