Hüsnü Mübarək ilk cəzasını aldı
28 May 2011 Şənbə 19:22
Hüsnü Mübarək və fəaliyyəti dövründə birgə çalışdığı iki nazir 90,64 milyon dollar cərimə olunub.
Misirin sabiq prezidenti Hüsnü Mübarək və onun fəaliyyəti dövründə birgə çalışdığı iki naziri cəzalandırılıb. Belə ki, yanvar ayında Misirdə baş verən inqilab zamanı mobil telefonları və internetin fəaliyyətini məhdudlaşdırdıqlarına görə onlara 540 milyon Misir paundu və ya 90,64 milyon dollar həcmində cərimə kəsilib.

Bununla da, H. Mübarək fevarlın 11-i, yəni devrilməsindən sonra barəsində açılan istintaq və məhkəmə proseslərinin nəticəsi olaraq ilk cəzasını almış hesab olunur. İdarə Məhkəməsi ərəb inqilabı zamanı mobil telefonlar və interneti kəsərək beynəlxaql iqtisadiyyata vurğduqları ziyana görə H.Mübarəkə 200 milyon paund, keçmiş baş nazir Əhməd Nazifə 40 milyon, sabiq daxili işlər nazirə Həbib əl Adliyə isə 300 milyon paund həcmində cərimə kəsib.

Qeyd edək ki, Misir inqilabı zamanı nümayişçilərin öldürülməsi və digər cinayət əməllərdə ittiham olunan sabiq Misir prezidentinin edam oluna biləcəyi haqda söz-söhbətlər də dolaşır.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar