Hüsnü Mübarək: “Bizi yeni böharın dalğası gözləyir”
01 Noyabr 2009 Bazar 01:15
“Dünya iqtisadiyyatı bərpa və inkişaf mərhələsindən çox uzaqdır”
Misir yaxın aylarda iqtisadi böhranın yeni dalğasını gözləyir. Bunu bəyan edən Misir prezidenti Hüsnü Mübarəkin sözlərinə görə, böhranın yeni dalğası ölkənin milli iqtisadiyyatında da özünü göstərəcək: “Dünya iqtisadiyyatı bərpa və inkişaf mərhələsindən çox uzaqdır. Yaxın aylarda iqtisadi durğunluq tamamilə mümkündür”.
Hakim Milli Demokrat Partiyasının qurultayında çıxış edən Hüsnü Mübarəkin fikrincə, böhran dünya iqtisadi sistemindəki çatışmazlıqları üzə çıxartdı və sistemdə islahatların vacibliyini sübut etdi. Prezident deyib ki, Misir regiondakı aparıcı ölkə və iqtisadi imkanlarına görə inkişaf etmiş əsas ölkələrdən biri kimi islahat proseslərində yaxından iştirak etməlidir.
Hüsnü Mübarək bildirib ki, Misir hökumətinin səyləri nəticəsində ölkə indiyədək iqtisadi böhrana tab gətirir: “Biz böhranı kiçik iqtisadi və sosial itkilərlə aradan qaldırırıq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: