Hüsnü Mübarek bəraet aldı
19 Avqust 2013 Bazar Ertəsi 21:22
Onun qeyyumu ittihamlar üzerinden götürüldüyü teqdirde artıq bu hefte azadlığa çıxa biler.
Misirin keçmiş prezidenti Hüsnü Mübarək korrupsiya işi üzrə bəraət alıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən bildirib.
Məlumata görə, Mübarək digər bəndlər üzrə ittihamlara görə həbsdə qalmağa davam edəcək.
Hüsnü Mübarək dövlət büdcəsindən ölkə başçısının iqamətgahının təmir və xidməti üçün ayrılan bir milyard Misir funtunu (150 milyon dollar) mənimsəməkdə ittiham olunurdu.
Mübarəkin vəkili daha əvvəl bildirmişdi ki, onun qəyyumu ittihamlar üzərindən götürüldüyü təqdirdə artıq bu həftə azadlığa çıxa bilər.
DOSTLARINLA PAYLAŞ: