Hüsnü Mübarək aclığa başlayıb
27 İyul 2011 Çərşənbə 14:28
Misirin eks-prezidenti Hüsnü Mübarək i ağır depressiya gözləyir.
Misirin sabiq və devrilmiş prezidenti Hüsnü Mübarək qida qəbul etməkdən imtina edir. “Associated Press”in verdiyi məlumata görə, hüsnünə əzab verən Hüsnü Mübarək artıq son 4 gün ərzində dilinə bir tikə qida vurmayıb.
Mübarəkin həkiminin sözlərinə görə, o, olduqca arıqlayıb və zəifləyib. Onun bu vəziyyətini nəzərə alsaq, çox güman ki, avqustun 3-də keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində iştirak edə bilməyəcək.

Şarm-əl-Şexin həkimləri Mübarəkin ancaq tibb işçilərinin çoxsaylı təkidlərindən sonra su və maye qəbuluna razı olduğunu bildiriblər. Həkimlər Mübarəkin bu tərsliyin uzun çəkəcəyi təqdirdə ona qidalandırıcı maddələrin vurulacağını istisna etmirlər.

Keçmiş prezidentin psixoloji vəziyyətidə həkimləri narahat edir. Onların sözlərinə görə, Hüsnü Mübarək dərin depressiyaya düşə bilər.

Xatırladaq ki, ərəb inqilabının mərkəzi Misirdə başlayan inqilab fevral ayında Mübarəkin devrilməsi ilə nəticələndi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar