Hüsnü Mübarək 84 yaşını həbsdə qeyd etdi
05 May 2012 Şənbə 04:20
Keçmiş Misir liderinə ad günündə ailə üzvləri ilə görüş verilib.
Misirin keçmiş prezidenti Hüsnü Mübarək 84 yaşını həbsxana hospitalında qeyd edib. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, sabiq liderə ad günü münasibəti ilə həyat yoldaşı və bir neçə qohumu ilə görüşməyə icazə verilib.

Bu, Hüsnü Mübarəkin həsbdə qeyd etdiyi ikinci ad günüdür. Onun barəsində bəşəriyyət əleyhinə cinayətlərlə bağlı məhkəmə prosesi davam edir. Hökmün iyunun 2-də elan ediləcəyi gözlənilir. Təxminən 30 il mərkəzi ərəb ölkəsinə rəhbərlik edən siyasətçini ölüm hökmü gözləyir. Qeyd edək ki, Hüsnü Mübarək günahını etiraf etməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar