Hüseyn Təntavi misirlilərə müraciət edib
23 Noyabr 2011 Çərşənbə 07:11
Hüseyn Təntavi misirlilərin maraqlarının hər şeydən üstün olduğunu deyib.
Misirin paytaxtı Qahirədə ölkə sakinlərinin “milyonların yürüşü” adlı kütləvi etiraz aksiyası keçirdiyi bir vaxtda Misir Hərbi Şurasının baççısı və ölkənin faktiki rəhbəri lazım gəldiyi təqdirdə ölkəsində hakimiyyətin mülki idarəçilərə təhvil verilməsi ilə bağlı referendum təşkil olunacağını bildirib. Marşal Hüseyn Təntavi dövlət televiziyası vasitəsilə Misir xalqına müraciətində prezident seçkilərinin iyun ayının 30 tarixinə kimi keçiriləcəyini desə də, hakimiyyətin mülki şəxlərə təhvilinin dəqiq tarix haqqında heç bir məlumat verməyib.
“Parlament seçkilərini vaxtında keçirmək fikrindəyik. Prezident seçkiləri isə 2012-ci ilin sonuna kimi keçiriləcək. Misir Ordusunun və Hərbi Şuranın hakimiyyətdə qalıb ölkəni idarə etmək fikri yoxdur. Bizim üçün Misir xalqının maraqları hər şeydən üstündür”
Kanal vasitəsilə qısa müraciətində Təntavi silahlı qüvvələri ölkənin əsl vətənpərvərləri kimi təqdim edərək, bir çoxlarının ordunun nüfuzuna ləkə qatmağa çalışmasını pisləyib.
Müraciətdən bir az da qıcıqlanmış etirazçılar isə “İstefa” şüarları səsləndirib.
DOSTLARINLA PAYLAŞ: