Hüquq müdafiəçilərinin gözü önündə erməni müxalifətçisi döyüldü
07 Aprel 2010 Çərşənbə 23:00
Hadisə Robert Köçəryanın otelində baş verib
Bu gün İrəvanın “Erebuni” otelində keçirilən İnsan hüquqları üzrə Beynəlxalq Federasiyanın (FİDH) 37-ci konqresində otelin təhlükəsizlik xidmətinin əməkdaşları ilə gənc müxalifətçilər arasında insident yaşanıb.

Erməni Milli Konqresinin üzvləri olan İzabella Sarkisyan və Lala Aslikyan otelin divarına “14 siyasi məhbusa azadlıq” plakatını yapışdıraraq onların azad olunması üçün imza toplamağa başlayıblar. Gənc fəallara yaxınlaşan otel əməkdaşları əvvəlcə plakatın yerinin dəyişdirilməsini tələb ediblər. Bununla kifayətlənməyən təhlükəsizlik xidməti əməkdaşları İzabella Sarkisyana qarşı zor tətbiq ediblər. Onun sifətinə və qollarına müxtəlif zərbələr vuran otel əməkdaşları divara yapışdırılmış plakatı qopardaraq qaçmağa çalışıblar. Bütün bu hadisələr isə beynəlxalq təşkilatın hüquq müdafiəçilərinin gözü önündə baş verib. Hadisə ilə bağlı İzabella Sarkisyan ərizə ilə polisə müraciət edib.

“Erebuni” otelində Ermənistanın eks prezidenti Robert Köçəryanın ofisi yerləşir. Erməni mətbuatının yazdığına görə, otel əslində elə eks-prezidentə məxsusdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar