Hüqonun şəxsi əşyaları 3,2 milyona satıldı
05 Aprel 2012 Cümə Axşamı 16:34
"Christie's"də fransız yazıçının kolleksiyası hərraca çıxarılıb
Məşhur fransız yazıçısı Viktor Hüqonun şəxsi əşyalarından ibarət kolleksiya hərracda 3,2 milyon avroya satılıb. ANS PRESS-in məlumatına görə, hərracı təşkil edən “Christie's” hərrac evi bu məbləğin gözləniləndən iki dəfə artıq olduğunu bəyan edib.

Kolleksiyaya Viktor Hüqonun kitabları, fotoları, mebeli də daxil olmaqla, ümumilikdə 500 əşya daxil edilib. Ən gəlirli lot olaraq isə Viktor Hüqonun özünün müəllifi olduğu “Belçika suveniri” (Souvenir de Belgique) rəsm əsəri olub.

Həmin sənət əsəri 409 min avroya satılıb. Kolleksiyanın bir hissəsini Viktor Hüqo adına Paris muzeyinin aldığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar