Hündür göydələn boyunca qaçış yarışı keçirildi
04 May 2014 Bazar 12:18
Tayvanın ən hündür göydələnində 5000-dən çox adam yarışıb.
Tayvanın paytaxtı Taypeydə ölkənin ən hündür göydələnində kütləvi qaçış müsabiqəsi keçirilib.
ANS PRESS-in məlumatına görə, kişilərin və qadınların ayrı yarışdığı qaçış müsabiqəsinə 5000-dən çox yerli sakin və turist qatılıb. Yarış iştirakçıları 2046 pilləkəni olan göydələnin 390 metr hündürlükdə yerləşən 91-ci mərtəbəsinə qaçmalı olublar.
Kişilər arasında finiş xəttinə hamıdan qabaq avstraliyalı Mark Born çatıb. Qadınlar arasında isə ən cəld italiyalı iştirakçı Valentina Belotti olub.
Qeyd edək ki, «Taypey 101» adlanan göydələn Şaquli Dünya Turu və Göydələn Qaçışı üzrə Dünya Çempionatının keçirilməsi üçün istifadə edilən əsas məkanlardan biridir.
DOSTLARINLA PAYLAŞ: