Hrant Dinkin məhkəməsi davam edir
10 Yanvar 2012 Çərşənbə Axşamı 14:34
Türkiyədə erməni əsilli redaktorun qətli ilə əlaqədar daha 2 nəfər dinlənir.
Türkiyədə "Aqos" qəzetinin erməni əsilli baş redaktoru Hrant Dinkin sui-qəsdi ilə əlaqədar məhkəmə işi davam edir. Bu gün keçiriləcək məhkəmə iclasında Dink ailəsinin vəkillərinin müttəhimlərə qarşı çıxışları dinlənəcək. İstanbul 14-cü ağır cəza məhkəməsində keçirilən iclasdan əvvəl, şübhəli şəxslər Yasin Hayal və Ərhan Tuncəl saxlandıqları həbsxanadan İstanbul Ədliyyəsinə gətiriliblər.

Hrant Dinkin ailəsinin iştirak etmədiyi prosesdə ailəni vəkillər təmsil edəcək. Bundan əvvəlki iclaslarda da vəkillərin müttəhimlərə qarşı çıxışları dinlənilib. Məhkəmə prosesinin bu günkü 24-cü iclasında isə vəkillərin iddialarının yekunlaşdırılacağı gözlənilir. Bundan sonra şübhəli şəxslər və onların vəkilləri müttəhimn müdafiəsinə başlayacaqlar.

Xatırladaq ki, erməni jurnalist Hrant Dink 2007-ci ilin yanvarında Ogün Samast adlı şəxs tərəfindən öldürülmüşdü. 4 ildən çox davam edən məhkəmə prosesi nəticəsində ötən ilin iyulunda milliyyətçi Ogün Samasta 21 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, bundan əlavə 16 ay da qanunsuz silah saxladığına görə cəza çəkəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar