Hospitalda bomba həyəcanı
19 May 2014 Bazar Ertəsi 19:59
Verilən siqnalda bombanın direktorun otağına qoyulduğu bildirilib.
Bu gün gündüz saat 15:47 radələrində Ermənistan Müdafiə Nazirliyinin hospitalına bomba yerləşdirilməsi ilə bağlı siqnal daxil olub.

ANS PRESS-in məlumatına görə, verilən siqnalda bombanın direktorun otağına qoyulduğu bildirilib.

Hazırda hadisə yerində Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparır.

Qeyd edək ki, bu yaxınlarda bir dəfə İrəvan hospitalına bomba yerləşdirilməsi barədə xəbər yayılmışdı, amma o vaxt axtarışlar nəticəsində bomba üzə çıxmamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar