"Hörümçək adam" həbs edildi
30 Avqust 2010 Bazar Ertəsi 17:20
Fransız alpinistin yenə qollarına qandal vurulub.
Məşhur alpinist Alayn Robert Avstraliyada 57 mərtəbəli binaya dırmaşdıqdan sonra həbs edilib. Sidneydə yerləşən “Lyumer” adlı binanın başına dırmaşmaq üçün təcrübəli alpinistə cəmisi 20 dəqiqə vaxt lazım olub. Xeyli sayda insan tərəfindən qarşılanan Alaynın bu dəfə də macərası ənənəvi sonluqla nəticələnib. Binanın başında gözləyən polislər onu həbs ediblər.

Hamının “hörümçək adam” adlandırdığı Alayn Robert son 18 ildə heç bir sığorta olmadan, yalnız əllərinin və xüsusi alpinist ayaqqabılarının köməyi ilə 85 göydələnə dırmaşıb.

Binalardan heç birinin rəhbərliyi bu cür ölüm təhlükəsi olan şouya icazə verməsələr də, Alayn sadəcə gələrək binaya dırmaşmağa başlayır. Hər dəfə polisin həbs etdiyi alpinist bir neçə gün sonra azad edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar