Hörümcək adam dünyanın ən hündür binasına dırmaşdı
29 Mart 2011 Çərşənbə Axşamı 12:43
Fransalı Alen Rober Dubaydakı "Bürc Xəlifə"yə çıxıb
"Hörümcək adam" adı ilə məşhur olan fransalı Alen Rober dünyanın ən hündür binasına dırmaşıb. "Associated Press" agentliyinin məlumatına görə, 48 yaşlı "hörümcək adam" Dubaydakı "Bürc Xəlifə"yə çıxıb.

Robertin fəth etdiyi binanın hündürlüyü 828 metr, 163 mərtəbədir. Binanın başına çıxmaq üçün ona 6 saatdan artıq vaxt lazım olub.

Qeyd edək ki, adətən yüksəkmərtəbəli binalara heç bir avadanlıqdan istifadə etmədən qalxan fransız bu dəfə binaya dırmamışdan öncə, BƏƏ hökumətinin təkidi ilə təhlükəsizlik məqsədilə kəndirdən və xüsusi avadanlıqdan istifadə edib.

Xatırladaq ki,"hörümcək adam" ilk dəfə 1994-cü ildə Çikaqodakı hündür mərtəbəyə çıxıb. O vaxtdan sonra Alen Rober yüzdən artıq binanın başına çıxmağa nail olub və "hörümcək adam" adını qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar