Honq Konqda etirazçılıar hökumətə ultimatum göndərdi
01 Oktyabr 2014 Çərşənbə 12:13
Çinin yarımmuxtar regionu Honq Konqda keçirilən kütləvi etiraz aksiyasının təşkilatçıları hökumətə ultimatum göndəriblər.
Fəallar bildiriblər ki, hökumətlə danışıqlara getmək üçün ilk növbədə Honq Konq rəhbəri Lyan Çjenin vəzifəsindən istefa verməlidir.

Bir qədər əvvəl Çjenin nümayişçiləri aksiyaya son qoymağa səsləmişdi.

Demokratik islahatlar tələbi ilə başladılan oturaq aksiya artıq 6 gündür ki, davam edir. Ötən gün Honq Konqda hava şəraitinin pis olmasına baxmayaraq, aksiyaçılar çətirlərin altında mövqelərini tərk etməyiblər. Aksiya yağışlı havada davam etdirilib. Fəallar hökumətə qarşı dirənişlərini “Çətir İnqılabı” adlandırıblar.

Aksiyaçılar rəsmi Pekindən Honq Konqda rəhbərliyin yerli əhali tərəfindən seçilməsini tələb edirlər. Hazırda meqapolisin rəhbəri Çin rəsmilərinin iştirakı ilə seçicilər kollegiyası tərəfindən seçilir.

Honq Konqda vəziyyət artıq Lyan Çjeninin nəzarətində çıxıb. Rəhbərlik Pekinin vəziyyətə müdaxilə etməsini gözləyir.
Bir qədər əvvəl Amerika hökuməti Honq Konq rəhbərliyini etirazçılara qarşı güc tədbiq etməkdən çəkinməyə çağırmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar