Honkonqda bütün məktəblər bağlana bilər
17 İyun 2009 Çərşənbə 12:35
Buna səbəb, dünyada sürətlə yayılıan "donuz qripi" təhlükəsidir

 

Honkonqda "A N1H1"ə (donuz qripi) görə bütün məktəblər bağlana bilər. "RİA Novosti"nin məlumatına görə, şəhər məktəblərində daha bir neçə virusa yoluxma halı qeydə alınarsa, hökumət bütün təhsil ocaqlarını bağlamaq barədə məsələni müzakirə edəcək. Bu barədə məlumatı yerli radio səhiyyə departamentinə istinadən məlumat yayıb. Bəyanat "A N1H1" virusuna yoluxma halı qeydə alınan iki məktəbin karantinə alınmasından sonra yayılıb.

Qeyd edək ki, bu vaxta kimi şəhərdə 118 virusa yoluxma halı qeydə alınıb. İyunun 11-də Honkonq hökumətinin qərarı ilə bütün orta məktəblər və uşaq bağçaları iki həftəlik karantinə bağlanmışdı. Bütün dərnəklər, məşqlər və məktəbdən xaric məşğələlər təxirə salınmışdı. Digər məktəblərə isə imtahanları nəzərdə tutulan vaxtdan tez keçirmək barədə göstəriş verilmişdi. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar