Hondurasın devrilmiş prezidenti ultimatumla çıxış edib
14 İyul 2009 Çərşənbə Axşamı 06:55
O, danışların yeni raundunda prezident hüquqlarının bərpa olunmayacağı təqdirdə dialoqu iflasa uğramış hesab edəcəyini bildirib

Hondurasın devrilmiş prezidenti Manuel Selayya, ölkənin qiyam yolu ilə formalaşmış hakimiyyətinə xəbərdarlıq edib. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, o, danışların yeni raundunun yekununda prezident hüquqlarının bərpa olunmayacağı təqdirdə dialoqu iflasa uğramış hesab edəcəyini bildirib: “Mən hakimiyyətə çevriliş yolu ilə gəlmiş hökumətə ultimatum elan edirəm. Bu həftə Kosta-Rikadakı görüşlərdən birində onlar beynəlxalq təşkilatların qətnamələrini təmin etməlidirlər. Əks təqdirdə danışıqlar iflasa uğramış hesab ediləcək”.
Hondurasdakı münaqişənin nizamlanması ilə bağlı danışıqların iyulun 9-10-da keçirilmiş birinci mərhələsi nəticəsiz başa çatıb. Manuel Selyya və və Honduras prezidentinin səlahiyyətlərini icra edən Roberto Miçeletti şəxsi təmasdan imtina ediblər. Lakin onların hər biri vasitəçi qismində çıxış edən Kostarika prezidenti Oskar Ariasla ayrı-ayrılıqda görüşüblər. Robero Miçeletti bildirib ki, Manuel Sleyya heç bir halda hakimiyyətə qayıda bilməz.
Manuel Selayyanın nümayəndələri bəyan ediblər ki, maraqlı tərəflərin növbəti görüşü iyulun 18-i və ya 19-da keçiriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar