Hondurasın müvəqqəti hökuməti iyunun 28-də baş vermiş hərbi çevrilişdən sonra ölkə ərazisində tətbiq olunmuş komendant saatını ləğv edib. ANS PRESS-in "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, müvəqqəti hökumət başçısı Roberto Miçiletti bəyan edib Ki, komendant saatının tətbiqi ölkə ərazisində cinayətlərin səviyyəsinin azalmasına gətirib çıxarıb.
Son bir neçə gün ərzində müvəqqəti hökumət nümayəndələri komendant saatı rejimini nisbətən yumşaltmısdılar.
Xatırladaq ki, iyunun 28-də Hondurasda hərbi çevriliş baş verib. Ölkə prezidenti Manuel Selayya öz sarayında hərbçilər tərəfindən həbs edilərək təyyarə ilə Kosta-Rikaya aparılıb.
Hazırda ölkəni müvəqqəti hökumət idarə edir. /ANS PRESS/