Honduras Argentina ilə diplomatik əlaqələri dayandırıb
19 Avqust 2009 Çərşənbə 00:55
Bu qərarın qəbuluna Honduras səfirinin Buenos-Ayresdən çıxarılması səbəb olub

Hondurasın qiyam yolu ilə fomalaşmış müvəqqəti hökuməti Argentina ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı qərar qəbul edib. ANS PRESS, BBC-yə istinadən xəbər verir ki, bu qərarın qəbul olunmasına Honduras səfirinin Buenos-Ayresdən çıxarılması səbəb olub.
Qeyd edək ki, Argentina Hondurasda iyunda dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş qüvvələri kəskin tənqid edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar