Hollandiyalı kişi hicabla gəzir
04 Mart 2010 Cümə Axşamı 17:00
Kollec müəllimi qeyri-adi etiraz metoduna üstünlük verib
Hollandiyalı kişi hicab taxıb. Eyndhoven şəhərindəki "Het Plein" kollecində dərs deyən professor Cos Baisjens bu addımı qatı sağçı olan Müstəqillik Partiyasının (PVV) lideri Geert Vildersin baş örtüyünə tədbiq etmək istədiyi qadağaya etiraz olaraq atıb.
İslam və müsəlmanlarla bağlı təhqirləri ilə yadda qalan Vildersin iqtidara gələn kimi baş örtüyünə qadağa tədbiq edəcəyini barədə açıqlamasına etiraz edən müəllim özünün ateist olduğunu deyib. "Ancaq ölkədə yaşayan bir milyona yaxın müsəlmanı təhqir edən hərəkətlərə etiraz olaraq məktəbə gedəndə, küçədə baş örtüyü taxıram. Vildersin sözləri məni bir müəllim olaraq məyus edib. Hər kəs müstəqil şəkildə dininin gərəyini yerinə yetirməlidir. Bu istiqamətdə insanların önünə maneələr qoyula bilməz", - deyə professor bildirib.
Cos Baisjens bu addımına görə, dəfələrlə təşəkkür məktubu alıb. Ancaq Baisjens medianın onun bu etirazını yanlış anlamasından narahatdır. "Media mənim addımımı məktəblərdə baş örtüyünün yasaqlanması kimi qələmə verib. Mən Vildersə cavab olaraq bu işə qol qoymuşam və işimi sonadək görməyə hazıram. Mən məktəb və dövlət idarələrində baş örtüyü taxılmasının əleyhinə deyiləm", - deyə o qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: