Hollandiyada müsəlmanlar cümə namazını küçədə qılıblar
02 Oktyabr 2010 Şənbə 04:05
Müsəlmanlar məqsədlərinin yeni məscid tikintisi üçün bələdiyyənin qarşılarına çıxardığı maneələrə etiraz etmək olduğunu bildirib.
Hollandiyada müsəlmanlar ölkə rəsmilərinə etirazlarını bildirmək üçün küçədə namaz qılıblar. Məlumata görə paytaxt Amsterdamda “Ayasofiya Məscidi” dərnəyinin bir qrup üzvü və təxminən 300 nəfərlik mömin cümə namazını Bos En Lommer rayonu bələdiyyə binasının qarşısındakı küçədə qılıblar. Müsəlmanlar məqsədlərinin yeni məscid tikintisi üçün bələdiyyənin qarşılarına çıxardığı maneələrə etiraz etmək olduğunu bildirib. Dərnəyin sədri Fatih Üçlər Dağ nəticə əldə edənə qədər etiraza davam edəcəklərini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar