Hollandiyalı müsəlman polislər halal naharla təmin olunacaq
10 Fevral 2011 Cümə Axşamı 06:45
Bu cür nahara qarşı çıxan Qirt Vildersin fikirlərini isə Daxili işlər naziri absurd adlandırıb
Hollandiya Daxili İşlər Nazirliyi Qelderland bölgəsində müsəlman polislərin halal naharla təmin edilməsini dəstəkləyib. Məlumata görə, Hollandiya Daxili işlər naziri Piet Heyn Donner Qelderland bölgəsində tərkibində donuz əti olan məhsullardan yemək istəməyən işçilərin halal naharla təmin ediləcəyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl islamofob partiya sədri Qirt Vilders bu cür naharların yolverilməz, İslamlaşmanın təmsili kimi qiymətləndirmişdi. Nazir isə buna cavab olaraq vegetarian polislərin artdığı bir vaxtda onları xüsusi nahar paketləri ilə təmin etməyin “vegetarianlaşmaq” demək olmadığını, bu fikirin absurd bir fikir olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar