Hökümət fəaliyyətini dayandırdı, doğum artdı
01 Avqust 2014 Cümə 12:33
16 gün işsizlikdən sonra doğuş səviyyəsi üç dəfə çoxalıb.
ABŞ hökumətinin 16 gün fəaliyyətini dayandırması ölkədə yeni bir rekorda səbəb olub.

ANS PRESS-in məlumatına görə, 9 ay bundan öncə baş verən hadisə zamanı 1 milyon hökümət işçisi məzuniyyətə çıxmışdı. Nəticədə Vaşinqtonda 9 aydan sonra doğumlar üç dəfə artıb.

Vaşinqtondakı doğum nisbətləri tarixi rekord vurub. Amerika mətbuatı məsələ ilə bağlı maraqlı bir iddia irəli sürülüb. Fərziyyələrə görə, doğum dərəcələrində artım məhz ABŞ hökumətinin büdcə böhranı səbəbiylə fəaliyyətini dayandırdığı dövrə təsadüf edir. Sözügedən tarixdən 9 ay sonrakı doğum məlumatlarının gündə orta hesabla 9,2-dən 32,6-ya qədər yüksəlməsi buna əyani sübut olaraq göstərilir.

Qeyd edək ki, ABŞ, 2 oktyabr 2013-cü il tarixində 1 milyon federal hökumət işçisini 16 gün müddətə evlərinə göndərmişdi.

Bundan öncə də ABŞ-da belə bir hal müşahidə olunub. İkinci Dünya Müharibəsinin bitməsindən sonra amerikalı əsgərlərin ölkəsinə qayıtması doğum statistikasında artıma səbəb olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar