Hizbulla matəm içindədir
04 İyul 2010 Bazar 17:25
Beyrutda Hizbulla qruplaşmasının dini lideri Məhəmməd Hüseyn Fədlalla ölüb.
“Hizbulla” qruplaşmasının dini lideri ölüb. Xarici KİV-lərin məlumatlarına əsasən, Beyrutda yerləşən xəstəxanalardan birində şiələrin dini lideri Məhəmməd Hüseyn Fədlalla 75 yaşında daxili qanaxmadan dünyasını dəyişib.
Xatırladaq ki, Hüseyn Fədlalla 1980-ci illərdə Livanın “Hizbulla” qruplaşmasının dini lideri olub. O, İsraillə münasibətlərin normallaşmasına qadağa qoyan dini müqavilənin də altına imzasını atmışdı. Atasının “Hizbulla” qruplaşmanın banisi olduğu Məhəmməd Hüseyn Fədlalla ABŞ-ın terrorçu saydığı şəxslərin adları eyni siyahıda yer alırdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: