Hitlerin şəxsi həyatı ilə bağlı gizli məqamlar üzə çıxıb
25 Avqust 2013 Bazar 17:14
Nasist lider gün ərzində 80 ədəd müxtəlif dərman qəbul edib.
Nasist lider Adolf Hitlerlə bağlı gizli məlumatlar ortaya çıxıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, “National Geographic” kanalında yayımlanan sənədli filmdə, 1945-ci ildə Berlindəki sığınacağında intihar edən Hitlerin dərman asılısı olduğu qeyd olunub.

Hitlerin xüsusi həkimi Theodore Morellin məktubları bu iddiaları dəstəkləyib. Həkimin qeydlərinə görə, Hitler, xəstəlik xəstəsi idi. Manik depressiyadan əziyyət çəkən Hitler, bu səbəbdən hər gün təxminən 80 ədəd müxtəlif dərman qəbul edib.

Dərmanların tərkibində anfetamin, öküz sperması, siçan zəhəri, morfin və kokainin də olduğu bildirilib. Hitlerin cinsi cinsi də problemləri olub. O, özündən daha gənc olan Eva Braun ilə yataqda xoşbəxt olmaq üçün də dərmanlardan istifadə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar