ABŞ-lı fotoqraf Conni Milano Yeni-Nasistlərin Milli Sosialist Hərəkət Konqresində “Hitlerin nəvələri”nin gündəlik həyatını fotolarda əks etdirib.
ABŞ-lı fotoqraf Conni Milano Yeni-Nasistlərin bilinməyən tərəflərini açdı. Corciya ştatının Atlanta şəhərində baş tutmuş Milli Sosialist Hərəkət Konqresində “Hitlerin nəvələri”nin gündəlik həyatını fotolarda əks etdirib. İngilis mətbuatında yer alan xəbərlərə görə, Milano üçün müasir Nasistləri görüntüləmək heç də asan olmayib.
ABŞ-lı fotoqraf həddən artıq sağçı və irqçi təşkilatların liderləriylə şəkil çəkdirmək üçün aylarla dil töküb. Milano, Kongresdən əvvəl otel otaqlarında svastikaları ütüləyən və vaxt keçirmək üçün bir-birlərinə döymə edən amerikan “Nasist”lərini çəkməyi bacardı. Konqresə ABŞ-ın müxtəlif yerlərindən 40-a qədər neo-nasistlər və irqçi Ku Klux Klan üzvləri qatılıb. Bundan başqa şəkillərdə konqresə etiraz edən 100 nəfərlik anti-faşist qrup da görüntülənib.