Hisslərin Qərb texnologiyalarına üstün gəldiyi gün
18 Mart 2011 Cümə 23:09
Hulusi Kılıç: "18 Mart qəhrəmanlıq dastanların yazıldığı bir gündür"
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi, Azərbaycanda çalışan türk iş adamları Çanaqqala şəhidlərinin xatirəsini yad etmək üçün Bakıdakı türk şəhidliyi və Şəhidlər Xiyabanını ziyarət edib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türk şəhidliyinin xatirə dəftərinə bu sözləri yazıb: “Türk şəhidlikləri yerindən asılı olmayaraq, təkcə Azərbaycan uğrunda şəhid olanların deyil, bütün şəhidlərimizin məkanıdır. Eyni zamanda erməni terrorçuları tərifindən şəhid edilmiş diplomatlarımızı da anırıq”.

H. Kılıç jurnalistlərə açıqlamasında deyib ki, 18 mart türklərin vətənpərvərlik hisslərinin Qərb texnologiyalarına üstün gəldiyi gündür.

Səfir həmçinin, Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib: “Bu gün bizim çox vacib günümüzdür. Qəhrəmanlıq dastanların yazıldığı bir gündür. Çanaqqalada qəhramanlıq ruhunun Qərbin texnologiyasına üstün gəldiyini göstərdiyimiz bir gündür. Onun üçün qəhrəmanlıq ruhumuz, torpaq sevgimiz, vətən sevgimiz hər şeyə üstün gəlmişdi”.

Səfir bildirib ki, Qərb nə qədər texnoloji baxımdan inkişaf etsə də, biz qəhrəmanlıq ruhu ilə, torpaq, vətən, bayraq sevgisi ilə bütün gücləri aşa bilərik: “Aşdığımızı da göstərdik. Bu bizim əjdadlarımıza olan borcumuzdur. Onları hörmətlə yad edirik. Bu gün belə bir vacib gündür”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar