Hindistanlı fermerlər borc əvəzinə arvadlarını satırlar
25 Oktyabr 2009 Bazar 01:10
Quraqlıq və məhsulun azlığı fermerlərə varlılardan götürdükləri kreditləri qaytarmağa imkan vermir
Hindistanda fermerlər borclarını ödəmək üçün arvadlarını satırlar. Bundelkxand rayonundakı quraqlıq və məhsulun azlığı kəndli fermerlərə çörək pulu qazanmaq imkanı vermir və onlar yardım üçün zəngin torpaq sahiblərinə müraciət etməli olurlar. Bəzi ferserlər onlardan yüksək faizlə kredit alıblar və bəzi hallarda sövdələşmədə fermerin arvadını satması da nəzərdə tutulur. Fermerlərdən birinin həyat yoldaşı bildirib ki, ərinin borcunu qaytara bilməməsi üzündən bir ay ərzində kreditorla yaşamalı olub: “O deyirdi ki, məni satın alıb”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: