Hindistanın yeni prezidenti müəyyənləşir
23 İyul 2012 Bazar Ertəsi 09:43
Paytaxt Dehlidə səslərin sayılması prosesinə başlanılıb.
Bu gün Hindistanın paytaxtı Dehlidə bir neçə gün əvvəl keçirilmiş prezidenti seçkilərinin nəticələrinin hesablanmasına başlanılıb. Ölkənin keçmiş maliyyə naziri və hakim koalisiyanın namizədi Pranab Muxercinin şansının yüksək olduğu bildirilir. 76 yaşlı Muxercinin əsas rəqibi isə parlamentin keçmiş spikeri Purno Sanqmadır.

Hindistanın hazırki və ilk qadın prezidenti Pratibha Devisinqh Patilin 5-illik səlahiyyət müddəti isə iyulun 24-də başa çatır. Hindistanda prezident rəmzi xarakter daşısa da, məhz prezident hansı partiyaların hökuməti formalaşdıracağına qərar verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar