Hindistanın qərbində 7,7 bal gücündə zəlzələ oldu
13 İyun 2010 Bazar 02:20
Hind okeanı hövzəsindəki bütün ölkələr sunami təhlükəsi ilə üz-üzə qalıb.
Hindistanın qərbində, Nikobar adaları sahillərində 7,7 bl gücündə zəlzələ baş verib. Bu barədə məlumatı ABŞ Geoloji Xidmətinin saytı yayıb.
Bakı vaxtı ilə saat 00.26-da baş vermiş zəlzələnin episentri Port-Bler şəhərindən 448 kilometr cənub-qərbə, bir kilometr dərinlikdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat yoxdur.
Lakin zəlzələdən sonra Zind okeanında sunami təhlükəsi elan edilib. Amerikada hökumətindəki mənbənin sözlərinə görə, sunami təhlükəsi Hind okeanı hövzəsində yerləşən bütün ölkələr-Hindistan, İndoneziya, Şri-Lanka, Birma, Tailand və Malayziya üçün mövcuddur. anspress
DOSTLARINLA PAYLAŞ: