Hindistanda zorlamaya görə 3 kişi linç edildi
16 Fevral 2013 Şənbə 17:34
Əhali onları döyərək ödürüb.
Şərqi Hindistanın Carxand ştatında yerləşən bir kənddə qəzəbli kütlə 3 kişini ittiham edərək linç etdi. Belə ki, bu kişilər indiyə qədər müxtəlif qadınlara sataşıblar.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onlardan biri fevralın 15-i öz həmkəndlisi olan bir qızı tapança ilə hədələyərək zorlamaya cəhd edib. Lakin qız kəndlilərin köməyi ilə qaçıb canını quratara bilib.
Kənd əhalisi həmin 3 nəfəri ağac və daşla ölüncə döyüblər. Polis ölənlərin üzərində 2 revolver və patronlar aşkar edib.
DOSTLARINLA PAYLAŞ: