Hindistanda yeniyetme qız zorlandı
24 Oktyabr 2013 Cümə Axşamı 16:31
Zorladıqdan sonra hadiseni ört-basdır etmek üçün yandırmaq qerarına gelibler.
Hindistanda 3 kişi 14 yaşlı qız uşağını zorlayıb. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hər 3 şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən sonra yerli polis qızın depressiyaya düşdüyü üçün özünü yandırdığını bildirib.
Lakin daha sonra bəlli olub ki, Uttar-Pradeş ştatında kişilər qız uşağını zorladıqdan sonra hadisəni ört-basdır etmək üçün yandırmaq qərarına gəliblər. Cinayəti törədənlər qız polis əməkdaşlarına şikayət etməsin deyə bu iyrənc üsula əl atıblar.
Adı açıqlanmayan şəxslər bacısı ilə gəzintiyə çıxan qızı qaçırdadaraq onu zorlayıblar.
14 yaşlı qız ağır dərəcəli yanıqlarla xəsarət alıb və həkimlərin səyinə baxmayaraq xilas ola bilməyib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Delidə tələbə qızın avtobusda zorlanması ölkədə böyük rezonans doğurmuşdu. Sentyabr ayında isə məhkəmə hadisəni törədən 4 nəfərin ömürlük həbs edilməsi barədə qərar çıxardıb.
DOSTLARINLA PAYLAŞ: