Hindistanın baş naziri Manmoxan Sinqx bu gün Nazirlər Kabinetinin formalaşdırılması prosesini başa çatdırıb. ANS PRESS-in Times of India saytına istinadən yaydığı məlumata görə, Nazirlər Kabinetinə 33 hökumət naziri və 45 dövlət naziri daxil olub.
Qeyd edək ki, Manmoxan Sinqxin andiçmə mərasimi mayın 22-də keçirilib.
Sinqx Cavaxarlar Nerudan sonra beşillik müddətdən sonra yenidən hakimiyyətə qayıdan ikinci baş nazir olacaq.