Hindistanda yaşayış binası çökdü
28 Sentyabr 2013 Şənbə 09:01
Hadisə nəticəsində ölənlərin sayı 25-ə çatdı, dağıntılar altından 32 nəfər xilas edilib.
Hindistanda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 25-ə çatıb. ANS PRESS "Associated Press"ə istinadən xəbər verir ki, dünən Hindistanın Mumbai şəhərində 5 mərtəbəli yaşayış binası uçub. İlkin məlumatlarda 13 nəfərin öldüyü bildirilsədə, ölənlərin sayı saatbasaat artır. Belə ki, dağıntılar altında xeyli sayda insan qaldığından ölü sayının artacağı istisna deyil.

İndiyə kimi dağıntılar altından biri uşaq olmaqla 32 nəfər xilas edilib. 1980-cı ildə inşa olunan binanın uçmasına səbəb tikinti norma və qaydalarn keyfiyyətsiz aparılması göstərilir.

Qeyd edək ki, yaşayış binalarının Hindistanda tez-tez çökməsi adi hala çevrilib. Bu ilin aprel ayında Mumbai şəhəri yaxınlığında çox mərtəbəli yaşayış evinin uçması nəticəsində 70 nəfər ölmüşdü. İyun ayında isə Hindistanın Mahim şəhərində yaşayış binası uçması nəticəsində 10 nəfər dünyasını dəyişmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar