Hindistanda torpaq sürüşməsinin qurbanları 82 nəfər oldu
03 Avqust 2014 Bazar 10:32
Hindistanın Maxaraştra ştatında 30 iyul tarixində baş verən torpaq sürüşməsi nəticəsində 82 nəfər dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, yerli qüvvələr bildirir ki, bundan əlavə onlarla insan torpaq altında qala bilər.
"Dağdan hər şey yerə gəlirdi", yerli rəsmi deyib.
Xatırladaq ki, daha əvvəl 37 nəfərin cəsədi çıxarılsada hələ ki, 150 nəfərin taleyi bəlli deyil. Sürüşmə Malin kəndi sakinləri üçün faciə olub. 40 evin sürüşməsi sübhdən baş verib. Dağətəyində yerləşən bu kənd dağdan qopan ağaclar və daşlar altında qalıb. Hazırda dağıntılar arasında axtarışlar davam edir.
DOSTLARINLA PAYLAŞ: