Hindistanda təbii fəlakət qurbanlarının sayı artır
07 Avqust 2010 Şənbə 18:05
Güclü daşqınlar 130 nəfərin ölümü ilə nəticələnib.
Hindistanın Kəşmir əyalətində son günlər yağan şiddətli yağışlar xeyli sayda insanın həlak olması ilə nəticələnən daşqınlara səbəb olub.

Son məlumatlara görə, ölən şəxslərin sayının 130 nəfər olduğu bildirilir. Güclü sel axını nəticəsində yüzlərlə ev, yerli hospital, universitet və bir telefon şirkətinin binasının dağıldığı bildirlir.

Yağışın kəsməsindən istifadə edən hökumət rəsmiləri xilasetmə işlərinə strat veriblər. Xilasetmə işlərinə hərbçilər də cəlb olunub. İlk növbədə avtomobil yollarında nəqliyyatın hərəkətinə mane olan uçqunların aradan qaldırılmasına başlanılıb.

Bir neçə gündür ki bağlı olan hava limanı, eləcə də əyalətdəki mağazaların da fəaliyyəti bərpa olunub.
 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar