Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb, 166 nəfər ölüb
22 May 2010 Şənbə 09:55
Hindistanın “Air İndia Express” dövlət aviasiya şirkətinə məxsus sərnişin təyyarəsi ölkənin cənub-qərbindəki Karnataka ştatının Manqalor şəhərinin hava limanına enərkən qəzaya uğrayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyindən Manqalora uçan “Boeing-737” təyyarəsi yerli vaxtla saat 06.30-a yaxın Manqalor hava limanından bir neçə kilometr aralıda yerə çırpılıb və yanıb.
Hindistan mediasının xəbərlərinə əsasən təyyarədə 160 sərnişin və 6 ekipaj üzvü olub. Pilot Rusiya vətəndaşıdır. Əvvəlcə 5-6 sərnişinin qəzadan sağ qurtulduğu xəbəri yayılsa da, Manqalor polisi sağ qalan olmadığını açıqlayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib. APA
DOSTLARINLA PAYLAŞ: