Hindistanda şayiə 115 nəfərin ölümünə səbəb oldu
13 Oktyabr 2013 Bazar 21:27
Dini bayram zamanı yaşanan izdihamda ölənlərin arasında qadınlar və uşaqlar çoxluq təşkil edir.
Hindistanın Madhya-Pradeş ştatında dini bayram zamanı yaşanan izdihamda ölənlərin sayı artıb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, ölənlərin sayı 115 nəfərə çatıb. Yaralıların sayı isə 100 nəfərdən çoxdur. Ölənlərin arasında qadınlar və uşaqlar çoxluq təşkil edir.
Ən son məlumata görə, artıq 100 nəfərin meyiti tapılıb. Onların bir qismi xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin sayının artacağı istisna edilmir.
Xatırladaq ki, insident ştatın Datia şəhəri yaxınlığında yerləşən məbəddə on minlərlə dindarın iştirakı ilə dini mərasim keçirilərkən baş verib. Sıxlıq dindarlar Sindh çayının üzərindəki körpüdən keçməyə çalışarkən yaranıb. Şahidlərin sözlərinə görə, sıxlığa isə kütlə arasında körpünün uçma təhlükəsi barədə şayiələrin yayılması səbəb olub.
Hadisə anında qeyd edilən ərazidə 25 minə yaxın insan olub.
Ölənlərin yaxınlarına 150 min rupi (təqribən 2,5 min dollar) kompensasiya veriləcək.
DOSTLARINLA PAYLAŞ: