Hindistanda saxta içkidən ölənlərin sayı 100-ü ötüb
15 Dekabr 2011 Cümə Axşamı 12:19
Saxta içki hazırlamaqda şübhəli bilinən 4 nəfər həbs edilib.
Hindistanın Qərbi Benqal ştatında, Kəlküttə şəhərində saxta alkoqoldan kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı artıb. Saxta likördan zəhərlənmə nəticəsində 102 nəfər ölüb, onlarla adam ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda zəhərlənmə faktı araşdırılır. Saxta içki hazırlamaq və satmaqda şübhəli bilinən 4 nəfər həbs edilib.

Qeyd eədk ki, spirtli içkidən götürülmüş nümunələrdə insan orqanizminə ölümcül təsir göstərən metanol aşkarlanıb. Metanol insan orqanizmi üçün güclü zəhərdir. 30 ml. metanol görmə qabiliyyətinin itirilməsinə səbəb olur, 60 ml. isə ölümcül dozadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar