Hindistanda saxta içkidən kütləvi zəhərlənmə: 48 ölü
15 Dekabr 2011 Cümə Axşamı 03:40
Metanoldan zəhərlənən 100-dən çox adam ağır vəziyyətdədir.
Hindistanın Qərbi Benqal ştatında saxla alkoqoldan istifadə nəticəsində kütləvi zəhərlənmə baş verib. BBC-nin məlumatına görə, nəticədə 48 nəfər ölüb, 100-dən çox adam ağır vəziyyətdədir.

Hazırda zəhərlənmə faktı araşdırılır. Kütləvi zəhərlənmənin baş verdiyi əraziyə əlavə həkim briqadaları göndərilib. Spirtli içkidən götürülmüş nümunələrdə insan orqanizminə ölümdcül təsir göstərən metanol aşkarlanıb. Metanol insan orqanizmi üçün güclü zəhərdir. 30 ml. metanol görmə qabiliyyətinin itirilməsinə səbəb olur, 60 ml. isə ölümcül dozadır.

Hindistanda içkidən zəhərlənmə halları çoxaldığından yerli hökumət saxta içkilərə qarşı mübarizə istiqamətində sərt addımlar atıb. Məsələn, 2009-cu ildə saxta içkidən 100-dən çox adamın öldüyü Qucarat ştatında belə içkiləri istehsal edənləri ölüm hökmü gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar