Hindistanda filler mehv olur
02 Sentyabr 2013 Bazar Ertəsi 12:44
Fillerin mehv olmasının en böyük sebebi infeksion xesteliklerdir.
Hindistanda fillərin sayı kəskin surətdə azalmağa başlayıb. ANS PRESS-in Hindistan mətbuatına istinadən verdiyi xəbərə görə, təkcə Orissa ştatında son 13 ildə 718 fil məhv olub. Bu barədə ştatın Ətraf Mühitin qorunması və Meşə Təsərrüfatı naziri məlumat verib. Onun sözlərinə görə, fillərin ölümünə səbəb daha çox infeksion xəstəliklərdir ki, bu səbəbə görə 163 fil tələf olub. 127 fil, qanunsuz ovçular tərəfindən, 105 fil isə təbii yolla ölüb.
Bunda başqa Hindistanda filləri çox vaxt qatarlar öldürür. Bəzən isə insanlar özləri filləri ciddi xəsarət təhlükəsi olan yerlərə qovurlar.
Nazir deyir ki, 5 il ərzində hökümət nəsli kəsilmək üzərə olan heyvanlar üçün 14 təbii dəhliz yaradacaq.
Qeyd edək ki, Hindistanda fillərin sayı kəskin azalır. Bu gün onların sayı 50 mindən çox deyil.
DOSTLARINLA PAYLAŞ: