Hindistanda dəhşətli qəza baş verib
19 İyul 2010 Bazar Ertəsi 09:15
İki qatarın toqquşması nəticəsində 49 həlak olub.
Bu gecə saat 01:30 radələrində Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatı ərazisində Kəlkütdə şəhərindən 200 km-lik məsafədə yerləşən dəmir yolu stansiyasında qəza baş verib. Sürətlə gələn sərnişin qatarı stansiyadakı qatara çırpılıb. Qəza nəticəsində 49 nəfər həlak olub, təqribən 100 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Qəzanın səbəbləri müəyyənləşdirilir. Yerli hakimiyyət hadisənin terror ola biləcəyinə tamamilə istisna edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar