Hindistanda batan bərədə 100-dən çox sərnişin öldü
01 May 2012 Çərşənbə Axşamı 04:18
Sərnişinlə həddən artıq yüklənmiş bərə kəskin fırtınaya düşərək 2 hissəyə parçalanıb.
Hindistanın Brahmputra çayında yüzlərlə insanın yer aldığı bərə qəzaya uğrayıb. Sərnişinlə həddən artıq yüklənmiş bərə kəskin fırtınaya düşərək 2 hissəyə parçalanıb və batıb. Hindistan hökümətinin verdiyi rəsmi açıqlamada 105 nəfərin öldüyü bildirilir. Assam ştatının polis rəisi bərədə 350 nəfərin olduğunu təsdiqləyib.

Qəza baş verən zaman çay axının olduqca sürətli olub. Eyni zamanda kəskin külək və leysan yağışların davam etməsi xilas etmə işlərini çətinləşdirib. Hindistan höküməti xilasetmə işləri üçün hərbi hissələrdən əsgərlər səfərbər edib. Sahildə yaşayan balıqçı ailələrin də, axtarışlara cəlb olunduğu bildirilir.

Baş nazir Manmohan Sinq hadisəylə bağlı Hindistan xalqına baş sağlığı verərək, qəzanın baş verdiyi Asam ştatında xilas etmə əməliyyatların aparılması üçün hökümətin bütün lazımı yardımı göstərəcəyini söz verib.

Qeyd edək ki, Hindistanda təhlükəsizlik qaydalarına əməl edilməməsi və həddən artıq yüklənmə ilə əlaqədar bərə qəzaları tez-tez baş verir. Təkcə 2010-cu ildə, Qərbi Benqal ştatında müsəlman zəvvarları daşıyan gəmi bataraq, 79 nəfərin həyatına son qoymuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar