Hindistanda avtobus körpüdən aşıb
04 İyul 2009 Şənbə 22:55
Qəza zamanı 9 nəfər ölüb, daha 40 nəfər isə yaralanıb

 

Hindistanın şərqində sərnişin avtobusu körpüdən dəmir yoluna düşüb. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, qəza zamanı 9 nəfər ölüb, daha 40 nəfər isə yaralanıb.

Qəza avtobusun digər avtomobili keçməyə cəhd göstərərkən baş verib.

Hazırda hadisə yerində xilasedicilər fəaliyyət göstərir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar