Hindistanın baş naziri Manmoxana Sinqxa ilə Pakistan prezidenti Asif Ali Zardari Yekaterinburqda ŞƏT sammiti çərçivəsində görüşüblər.
Qeyd edək ki, bu Hindistanın Mumbai şəhərində törədilən terrordan sonra Hindistan və Pakistan rəsmiləri arasında yüksək səviyyədə keçirilən ilk görüşdür.
Xatırladaq ki, Mumbaidə törədilmiş terror nəticəsində 170 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Hindistan rəsmiləri israrla bildirirlər ki, terroçular Pakistanda hazırlanıblar. Qeyd edək ki, rəsmi Dehli bildirib ki, İslamabad terrorla mübarizəyə başlamasa, Pakistanla danışıqlar stoluna oturmaq fikrində deyil. /ANS PRESS/